Bu gün Bakıda UEFA-nın mətbuatla bağlı seminarı başlayıb. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan AFFA-nın baş katibi Elxan Məmmədov iştirakçıları salamlayıb və seminarın uğurla keçəcəyinə ümid etdiyini söyləyib. Baş katib bu seminarın Bakıda təşkil olunmasına şərait yaratdığına görə UEFA rəhbərliyinə minnətdarlığını bildirib. Sonra UEFA prezidentinin müşaviri Paskal Torres çıxış edərək futbolun təbliğində mətbuatın rolu barədə danışıb, bu seminarın əhəmiyyəti ilə bağlı ümumi məlumat verib.
Çıxışlar başa çatdıqdan sonra UEFA nümayəndəsi Kristof Kukavka müzakirə olunacaq məsələləri iştirakçıların diqqətinə çatdırıb və seminar öz işinə başlayıb.
Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan Futbol Federasiyalarının baş katibləri və mətbuat departamentinin əməkdaşları iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB