Rəfael Ağayev Moskvada beynəlxalq turnirdə iştirak edəcək - AÇIQLAMA

Rəfael Ağayev Moskvada beynəlxalq turnirdə iştirak edəcək - AÇIQLAMA

Moskvada karatenin WKF növü üzrə beynəlxalq turnir keçriləcək. Bu barədə SİA-ya dünya karatesinin briliyantı, 10 qat Avropa çempionu, 4 qat Dünya çempionu Rəfael Ağayev məlumat verib. Dünya çempionunun sözlərinə görə, yarışda Azərbaycanı onunla yanaşı, daha 6 karateçimiz təmsil edəcək. R. Ağayev qeyd edib ki, turnirə İsrafil Şirinov, Şahin Atamov, Amal Atayev, Sənan Əliyev, Niyazi Əliyev, Rəşad Hüseynov qatılacaq. İdmançı Moskvada həm komandalar arasında, həm də şəxsi yarışlar keçiriləcəyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan idmançıları Rusiyanın paytaxtına noyabrın 25-də yollanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə