Türkiyə Superliqasında 13-cü turun oyunları yekunlaşıb. SİA-nın məlumatına görə, turun son oyununda "Fənərbaxça" "Bucaspor"u qəbul edib. Oyunda "Fənərbaxça" qələbə qazanıb. Meydan sahibi qonaqların qapısından 5 qol keçirib. Bunun əvəzində isə "Bucaspor" 2 dəfə fərqlənə bilib. Oyunda Aleks hettrik edib. Digər iki qolu isə Niang və Şəntürk vurub. Rəqibin heyətində isə Manuço və Aydın fərqlənib.
Digər oyunların nəticələrini nəzərinizə çatdırırıq:
20 noyabr
"Kasımpaşa" – "Gənclərbirliyi" 1:1
"Manisaspor" – "Bursaspor" 0:2
"Sivasspor" – "Karabükspor" 5:1
"Beşiktaş" – "Konyaspor" 2:2
21 noyabr
"Antalyaspor" – "Qaziantepspor" 0:1
"Trabzonspor" - "Əskişəhərspor" 0:0
"Ankaragücü" – "İstanbulspor BB" 2:2
"Kayserispor" – "Qalatasaray" 0:0
22 noyabr
"Fənərbaxça" – "Bucaspor" 5:2
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB