"Qarabağ" futbol klubu 2018/19-cu illər mövsümünün hazırlıqlarına start verib. Klubun saytında yer alan xəbərə görə, günorta saatlarında bir araya gələn futbolçular günü axşam məşqiylə başa vurub. Yeni transfer Filip Ozobiç də komandayla ilk məşqinə çıxıb. Qeyd edək ki, milli komandamızın heyətində yer alan futbolçular növbəti günlərdə hazırlığa qoşulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB