“Arsenal” 18 yaşlı futbolçu ilə müqaviləni yeniləyib

“Arsenal” 18 yaşlı futbolçu ilə müqaviləni yeniləyib

“Arsenal” futbolçusu Eynsli Meytlend-Naylsla müqaviləni yeniləyib. Klubun saytında yer alan xəbərə görə, 18 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. Sözləşmənin müddəti və şərtləri ilə bağlı məlumat verilməyib. Qeyd edək ki, “Arsenal”ın yetirməsi olan ingiltərəli futbolçu ötən mövsüm London klubunun heyətində 15 oyuna çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə