“Atletiko”nun hücumçusu Antuan Qrizmann gələcək karyerası ilə bağlı qərarını açıqlamağa tələsmir.
Belə ki, dünən “Atletiko”da qalıb-qalmayacağı ilə bağlı qərarını açıqlayacağını keçən həftədən dilə gətirən ulduz futbolçu, bu vədinə əməl etməyib. Hazırda dünya çempionatı üçün Fransa millisi ilə Rusiyada olan forvard mətbuat konfransında qərarını hələlik gizli saxlamağı məqsədəuyğun saydığını bildirib:“Hamınızdan üzr istəyirəm. Başa düşürəm, məndən karyeramla bağlı xəbər gözləyirdiniz. Qərarımı verdim, amma onu bu gün açıqlamayacağam”.
Qeyd edək ki, “Barselona”ya keçidi gündəmdə olan Qrizmann son qərarını bu gün açıqlayacağını demişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB