Rahim Sterlinq “Mançester Siti” ilə razılaşmadı

Rahim Sterlinq “Mançester Siti” ilə razılaşmadı

“Mançester Siti” və Rahim Sterlinq arasında müqavilənin yenilənməsi ilə bağlı aparılan danışıqlarda bir nəticə əldə olunmayıb. “Sky Sports”un iddiasına görə, tərəflər məvacib mövzusunda ortaq qərara gələ bilməyiblər.

İngilis futbolçu “Siti”dən təklif olunan əmək haqqından bir neçə dəfə artığını tələb edir. Sterlinqin dünya çempionatı ərəfəsində İngiltərə millisinin düşərgəsinə yollanması səbəbindən danışıqlar başqa bir müddətə təxirə salınıb. Qeyd edək ki, ötən mövsüm İngiltərə Premyer Liqasında 33 matçda meydana çıxan Rahim Sterlinq 18 qol vurmaqla yanaşı, komanda yoldaşlarına 15 məhsuldar ötürmə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə