Millimizin üzvü İtaliya klubunda

Millimizin üzvü İtaliya klubunda

Voleybol üzrə Azərbaycan milli komandasının hücumçusu Polina Rəhimova İtaliyanın “Pomi Casalmaggiore” klubuna transfer edilib. SİA-nın məlumatına görə, İtaliya klubu voleybolçumuzla birillik müqavilə imzalayıb.

Yeni klubda forma geyməkdən məmnunluğunu bildirən Polina Rəhimova deyib: “Burada olduğuma görə şadam. Bu klubun formasının rəngini - çəhrayını çox sevirəm. Azarkeşləri bizi dəstəkləməyə çağırıram”.

Bütün xəbərlər Facebook səhifəmizdə