“Xetafe” “Sarqosa”nı məğlub edə bilmədi

“Xetafe” “Sarqosa”nı məğlub edə bilmədi

İspaniya Primerasında 12-ci turun oyunları başa çatıb. SİA-nın məlumatına görə, son oyun günündə "Xetafe" "Saraqosa" ilə qarşılaşıb. Turnir cədvəlinin sonuncusu olan "Saraqosa" rəqib meydanında heç-heçə etməyi bacarıb. Oyunda qapılara 2 qol vurulub. Komandalar hərəyə bir dəfə fərqlənib. "Xetafe"nin qolunu 49-cu dəqiqədə penaltidən Kolunqa, "Saraqosa"nın qolunu isə 33-cü dəqiqədə Bertolo vurub.

Daha öncə keçirilmiş oyunların nəticələri

22 noyabr

"Xetafe" – "Sarqosa" 1:1

21 noyabr

"Deportivo" – "Malaqa" 3:0

"Espanyol" – "Herkules" 3:0

 "Levante" – "Rasinq" 3:1

"Osasuna" – "Xixon" 1:0

"Sevilya" – "Malyorka" 1:2

"Real-Sosyedad" – "Atletiko" 2:4


20 noyabr

"Vilyarreal" – "Valensiya" 1:1

 "Almeriya" – "Barselona" 0:8

"Real" – "Atletik" 5:1

Bütün xəbərlər Facebook səhifəmizdə