Avropa nəhəngləri Beyli transfer etmək istəyir

Avropa nəhəngləri Beyli transfer etmək istəyir

"Real"ın ulduzu Qaret Beylin transferi üçün Avropa nəhənglərinin mübarizəsi davam edir. SİA-nın məlumatına görə, təkliflərin yağış kimi yağmasının ardından 28 yaşlı cinah futbolçusunun "kral klubu"ndan ayrılacağı ehtimal olunur. "Bavariya"nın təklifini rədd edən futbolçuya sabiq komandası "Tottenhem" "elçi düşüb". Məlumata görə, Uels millisinin üzvü London klubuna qayıtmağa müsbət yanaşır. Beyllə, "Mançester Yunayted"in də maraqlandığı iddia olunur.

Uels millisinin üzvü başa çatan mövsümdə 39 oyuna 21 qol vurub. Beylin "kral klubu" ilə 2022-ci ilə qədər müqaviləsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə