Fabreqas DÇ-də ekspert kimi iştirak edəcək

Fabreqas DÇ-də ekspert kimi iştirak edəcək

"Çelsi" klubunun yarımmüdafiəçisi Franses Fabreqas dünya çempionatının işıqlandırılmasında iştirak edəcək. SİA-nın məlumatına görə, 31 yaşlı futbolçu mundial zamanı BBC-nin eksperti kimi çıxış edəcək. “Zadəganların” yarımmüdafiəçisinin ekspert kimi ilk işi Portuqaliya-İspaniya qarşılaşmasına təsadüf edəcək Həmin oyun iyunun 15-də keçiriləcək.

Xatırladaq ki, İngiltərənin BBC teleşirkəti tanınmış futbolçular Yurgen Klinsmann, Didye Droqba, Pablo Sabalete və Harri Linekerlə də müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə