İtaliyanın Pesaro şəhərində bədii gimnastika üzrə klub çempionatının üçüncü turunun oyunları keçirilib. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinən SİA-ya verilən məlumata görə, Apenin yarımadasındakı yarışlarda yenə də iki güclü gimnastımız – Aliyə Qarayeva və Anna Qurbanova çıxış edib.
Xatırladaq ki, Qarayeva A2 seriyasında mübarizə aparan "Ritmika Pyemonte" komandasını təmsil edir. Aliyə Pesaro turnirində iplə hərəkətlərdə 26,275 bal toplayaraq, bu seriyada çıxış edən gimnastlar arasında ən yaxşı nəticə göstərib. Onun komandası yenə də üçüncü yeri tutub. "Ritmika Pyemonte" dekabrın 4-də keçiriləcək final turnirindən əvvəl A1 seriyasına vəsiqə almaq şansı qazanıb.
A.Qurbanova isə bir il əvvəl olduğu kimi, yenə də A1 seriyasında "Komense 1872" klubunun idman şərəfini qoruyur. O, hesabat turunda ip (25,5 bal) və topla (25,6 bal) çıxış edib. "Komnese 1872" klubu 143,5 balla 6-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, A.Qarayeva və A.Qurbanova final oyunlarından əvvəl noyabrın 26-28-də ənənəvi beynəlxalq turnirdə iştirak etmək üçün Xorvatiyaya yola düşəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB