Cüdoçularımız dünya çempionatına Yaponiyada hazırlaşırlar - FOTOLAR

Cüdoçularımız dünya çempionatına Yaponiyada hazırlaşırlar - FOTOLAR

Cüdo üzrə Azərbaycan milli komandası bu ilin sentyabrında Bakıda keçiriləcək dünya çempionatına hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, ötən həftə Koreya Respublikasının İnçxon şəhərində təlim-məşq toplantısına start verən millimizin heyətində bütün aparıcı cüdoçular yer alıblar.

Baş məşqçi Ruslan Moşurenkonun rəhbərliyi altında yığmamızın üzvləri Yaponiya, Koreya, Fransa, Almaniya, Rusiya, Braziliya, İtaliya və digər ölkələrin cüdoçuları ilə birgə məşq keçiblər. İyunun 11-də Azərbaycan millisi Koreya Respublikasındakı toplanışı başa vurub.

Cüdoçularımız dünya çempionatına hazırlığı Yaponiyada davam etdirirlər. Milli komandamız Vətənə iyunun 21-də dönəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə