Tiflis "Dinamo"su satışa çıxarıldı

Tiflis "Dinamo"su satışa çıxarıldı

Dünyasını dəyişmiş gürcü milyardçısı Badri Patarkasişvilinin ailəsi Tiflisin "Dinamo" klubunu satışa çıxarıb. SİA-nın məlumatına görə, ailə klubu rəmzi qiymətə satmağa hazır olduğunu ifadə edib.

Qeyd edək ki, Badri Patarkasişvilinin vəfatından sonra onun ailəsi üç il müddətinə Tiflis "Dinamo"sunun maliyyə məsələlərini həll edib. Bu gün yaydıqları xüsusi açıqlamada ailə üzvləri indi problemlərlə üzləşdiyindən "Dinamo"nu satışa çıxarmaq məcburiyyətində qaldıqlarını bildiriblər. "İnanırıq ki, bu addımımız klubun xeyrinə işləyəcək" - deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə