"Neftçi"də daha bir ayrılıq

"Neftçi"də ayrılıq baş verib. SİA-nın məlumatına görə,"ağ-qaralar" yarımmüdafiəçisi Derlis Meza Kolli ilə başa çatan müqaviləni uzatmayıb. 29 yaşlı futbolçu azad agent statusu daşıyır. Meza Kollinin 10 nömrəli formasını yeni transfer Dario Federiko geyəcək.

Qeyd edək ki, paraqvaylı futbolçu ötən mövsüm "Neftçi"yə keçmişdi. O, Premyer Liqada 26 oyuna (2226 dəqiqə) 1 qol vurub. Meza Kolli Azərbaycanda "Keşlə" və "Qəbələ"də də forma geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə