Renat Dadaşov Portuqaliya klubunda

Renat Dadaşov Portuqaliya klubunda
Millimizin hücumçusu Renat Dadaşov klubunu dəyişib. SİA-nın məlumatına görə, son mövsümü “Ayntraxt”da keçirən gənc futbolçu karyerasını Portuqaliyada davam etdirəcək. O, 2-ci liqa təmsilçisi “Eştoril”lə müqavilə bağlayıb. Bu barədə klubun saytı xəbər yayıb. Sözləşmənin müddəti və şərtləri haqda məlumat verilməyib.

Qeyd edək ki, R.Dadaşov ötən il "Ayntraxt" klubu ilə peşəkar müqavilə imzalasa da, əsas komandada şans qazana bilməmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə