"Barselona" və Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç "Real"da baş verənlər haqqında fikirlərini bildirib. SİA-nın məlumatına görə, futbolçu bunları deyib: "Əvvəlcə Zidanın gedişi məni təəccübləndirdi. Amma bunun üçün münasib vaxt seçdiyinə görə onu alqışlamaq lazımdır. Zidanın "Real"ı çıxardığı səviyyə çox yüksəkdir. Bu nəticələrə nail olmaq hər adamın işi deyil.
Ronaldo? Onun "Real"dan getmək ehtimalına inanmaq çətindir. Lakin futbolda hər şey tez dəyişir. Getsə, etiraf edim ki, çox sevinərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB