“Neftçi” futbol klubunun 2018-2019-cu il mövsümü üçün yay hazırlıq proqramı müəyyənləşib. Klubun rəsmi saytı xəbər verir ki, 2017-2018-ci il mövsümü başa çatdıqdan sonra istirahətə buraxılan komanda iyunun 17-də təlim-məşq bazasında bir araya gələcək və yeni təyin olunmuş baş məşqçi Roberto Bordinin rəhbərliyi altında ilk məşqinə çıxacaq. Bir neçə gün öncə isə futbolçular tibbi müayinədən keçməyə başlayacaqlar.
“Neftçi” iyunun 22-dək paytaxtda məşqləri davam etdirəcək. Daha sonra təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə yola düşəcək. İyulun 6-dək Topuk yaylası bölgəsində baş tutacaq hazırlıq prosesində Roberto Bordinin yetirmələri dörd yoxlama görüşü keçirəcəklər. Rəqiblərin kimliyi haqqında yaxın günlərdə ətraflı məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB