Bordinin daha iki köməkçisi müəyyənləşib

Bordinin daha iki köməkçisi müəyyənləşib

Yeni mövsümdə "Neftçi"yə rəhbərlik edəcək Roberto Bordinin daha iki köməkçisi müəyyənləşib. Klubun rəsmi saytında yer alan xəbərə görə, bunlardan biri ötən mövsüm "Səbail”in U-17 komandasının baş məşqçisi kimi gümüş medal qazanan Füzuli Məmmədov, digəri isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirən Etibar Tarıverdiyevdir. Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Füzuli Məmmədov UEFA-nın A, Etibar Tarıverdiyev isə B kateqoriyalı məşqçisidir. Qeyd edək ki, fiziki hazırlıq üzrə məşqçi italiyalı Andrea Vezzu olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə