26-28 Noyabr 2010-c il tarixdə Fransada güləş üzrə Henri Deqlanın xatirəsinə həsr olunmuş 36-cı beynəlxalq turnir keçiriləcək. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasəsn, turnirdə ölkəmizin sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandası da iştirak edəcək.
Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında yığma komandamızın heyətində Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq), Zəlimxan Hüseynov (66 kq), Cəbrayıl Həsənov (74 kq), Çamsulvara Çamsulvarayev (84 kq), Toxtar Temrezov (120 kq) yer alıb.
Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov görüşlərin idarə edilməsində neytral hakim kimi iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB