09 iyun 2018-ci il tarixində Lixtenşteyndə keçirilən Kiçik Ölkələrin Avropa Çempionatında idmançılarımız uğurla çıxış ediblər. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, idmançımız Zekiyye Hesenova qadınlar arasında 100 m məsafədə 11.61 nəticə göstərərək yeni Azərbaycan rekorduna imza atıb və yarışların gümüş mükafatına laiq görülüb. Zəkiyyə 200 m məsafədə isə daha yaxşı nəticə göstərib və 23.56 (Bu nəticə küləyin sürətinə görə (+2.4) rekord sayılmır) nəticə ilə yarışların qızıl mükafatına sahib çıxıb.
Kişilər arasında 110 m sədlərlə qaçışda çıxış edən idmançımız Rahib Məmmədov da 14.06 nəticə göstrərək qızıl medala laiq görülüb!
İdmançılarımızın nəticələrinə aşağədakı cədvəllərdən baxa bilərsiniz:







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB