UEFA "Financial fair play"i pozmaqda şübhəli bilinən PSJ ilə bağlı qərarını verib. SİA-nın məlumatına görə, qurum parisliləri Çempionlar Liqasından kənarlaşdırmayacaq. Ancaq Fransa çempionuna cəza tətbiq ediləcək. Bununla bağlı müxtəlif variantları nəzərdən keçirən qurumun mümkün cəzaları arasında diskvalifikasiya nəzərdə tutulmur. PSJ-nin transfer büdcəsinin məhdudlaşdırılması cəzası ilə üzləşməsi gözlənilir. Daha öncə "Qalatasaray" da analoji cəza almışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB