Futbol üzrə Fransa yığması itki ilə üzləşib. Məlumata görə, hücumçu Olivye Jiru sıradan çıxıb. Hadisə ABŞ-la keçirilən yoldaşlıq görüşündə baş verib. Belə ki, qarşılaşmanın 58-ci dəqiqəsində rəqibi ilə toqquşan Jirunun başı qanayıb. Nəticədə həkimlər onun başına 6 tikiş qoyublar. Məhz bu zədə ucbatından Jiru yerini Usman Dembeleyə verib. Ulduz futbolçunun beyin silkələnməsi keçirdiyi istisna olunmur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB