Qrizmann: "Qərarımı gələn həftə verəcəm"

Qrizmann: "Qərarımı gələn həftə verəcəm"

“Atletiko”nun hücumçusu Antuan Qrizmannın karyerasını hansı klubda davam etdirəcəyi yaxın bir həftə ərzində bilinəcək. “AS” nəşrinin yazdığına görə, bu barədə fransız futbolçu özü məlumat verib. 28 yaşlı forvardın sözlərinə görə, dünya çempionatının startına qədər hər şey məlum olacaq: “Yaxşı ki, bununla maraqlanırsınız. Qarşıda hələ bir həftə var. Düşünürəm ki, dünya çempionatı başlayana kimi məsələyə aydınlıq gələcək”.

Qeyd edək ki, Qrizmannın “Barselona”ya keçməyə yaxın olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə