“Real” Ronaldoya minnətçi düşüb: "Komandada qal"

“Real” Ronaldoya minnətçi düşüb: "Komandada qal"

“Real” komandadan ayrılmaq istəyən Kriştiano Ronaldonu saxlamaq istəyir. İspaniya mətbuatının yazdığına görə, “kral klubu” bunun üçün portuqaliyalı ulduzun maaşını artırmağa hazır olduğunu bildirib. İddiaya görə, Madrid təmsilçisi 33 yaşlı futbolçuya bonuslarla birlikdə illik 32,5 milyon avro ödəməyə razıdır.
Ancaq Ronaldonun bu təklifə hansı cavabı verəcəyi bilinmir. Çünki təcrübəli hücumçu klubdan illik 50 milyon avro məvacib tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə