Bakıda keçirilən velosiped idmanın BMX növü üzrə dünya çempionatında gənclər arasında qaliblər müəyyənləşib. SİA-nın məlumatına görə, gənc qadınların mübarizəsində niderlandlı İndi Şipers hamıdan üstün olaraq qızıl medal qazanıb. O, 38.038 san nəticə göstərib. Gümüş medala isveçrəli Zoe Klassens (+0.438 san.), bürünc medala isə Kolumbiya idmançısı Qabriella Bolle Karrillo (+0.980) layiq görülüb.
Gənc kişilərin yarışında isə birinci yerə 33.077 saniyə nəticə ilə fransalı Leo Qaroyan, ikinci yerə kolumbiyalı Kamilo Xuan Ramirez Valensia (+0.684), üçüncü yerə isə çilili İqnasio Maurisio Molina Verqara çıxıb.
Qeyd edək ki, dünya çempionatında 43 ölkədən 1500 velosipedçi mübarizə aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB