Millimiz Latviya yığmasını məğlub edib

Millimiz Latviya yığmasını məğlub edib

Futbol üzrə yığma komandamız Millətlər Liqasına hazırlıq çərçivəsində bu gün son yoxlama oyununu keçirib. SİA-nın məlumatına görə, millimiz səfərdə Latviyanın qonağı olub. Riqada, “Dauqava” stadionunda keçirilən matçda komandamız 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yığmamız bu toplanış çərçivəsində bundan əvvəl Qazaxıstana 0:3 hesabı ilə uduzub, Qırğızıstana eyni hesabla qalib gəlib.

9 iyun

Yoldaşlıq görüşü

19:00. Latviya – Azərbaycan - 1:3
Qollar:
Maksim Medvedev, 20 (0:1), Cavid İmamverdiyev, 58 (0:2), Emin Mahmudov, 63 (0:3), Robert Uldriki, 90+3 (1:3)
Hakimlər: Denis Şerbakov, Yuri Xomçanka, Andrey Xetsikov (hamısı Belarus)
Dördüncü hakim: Aleksandr Anufriyev (Latviya)
Riqa, “Dauqava” stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə