Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatında gənclər və elit kateqoriyasında yarışlara start verilib. SİA-nın məlumatına görə, əvvəlcə dünya çempionatının keçici bayrağı 2019-cu ildə mundiala ev sahibliyi edəcək Belçika nümayəndələrinə təqdim olunub. Sonra təsnifat yürüşləri başlayıb.
Təsnifat yürüşlərindən sonra 20 dəqiqəlik fasilənin ardından final mərhələsi keçiriləcək.
Çempionatda ötən dörd günün nəticələrinə əsasən 28 ölkənin velosipedçiləri müxtəlif kateqoriyalarda mükafatçılar sırasında yer alıblar. Medal sayına görə birinci yerdə Niderland idmançıları qərarlaşıblar. Onlar 19 dəfə podiuma qalxıblar.
Qırx üç ölkədən 1500-dək idmançının qatıldığı mundialda 15 fransalı, 13 avstraliyalı, 9 braziliyalı və britaniyalı, 7 ABŞ, eyni sayda Latviya və Yeni Zelandiya velosipedçisi fərqlənməyi bacarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB