İbrahim Şehiç Superliqa klubuna keçir?

İbrahim Şehiç Superliqa klubuna keçir?

“Qarabağ”dan ayrılan İbrahim Şehiçin yeni iş yeri Türkiyə Superliqasında olacaq. Erzurumhaber.com.tr saytı yazır ki, qolkiper karyerasını Türkiyədə davam etdirəcək.

Belə ki, Bosniya və Herseqovina millisinin qapıçısı “Ərzurumspor”la anlaşıb. Yeni mövsümdə Superliqada mübarizə aparacaq Ərzurum klubu Şehiçin bu keçidə ilkin razılığını alıb. Onun qarşıdakı günlərdə şəhərə gələrək, münasibətləri rəsmiləşdirməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə