Turistlər dünya çempionatında necə istirahət edir? - VİDEO - FOTOREPORTAJ

Turistlər dünya çempionatında necə istirahət edir? - VİDEO - FOTOREPORTAJ

Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatı ilə əlaqədar paytaxtımıza minlərlə turist gəlib. SİA-nın məlumatına görə, həm onların, həm də yerli tamaşaçıların vaxtlarını səmərəli keçirmələri və istirahət etmələri üçün Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən Veloparkda yüksək şərait yaradılıb.

Dünya çempionatı davam edən günlərdə Veloparkın istirahət və əyləncə mərkəzində olan tamaşaçılar buradan yarışların gedişini izləyir, milli mətbəximizin təamlarını dadır, həmçinin onlar üçün təşkil edilən konsert proqramlarında əylənirlər.

Qeyd edək ki, Veloparkın istirahət və əyləncə mərkəzinə giriş pulsuzdur.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə