İtaliyanın “Yuventus” klubu yeni transferini rəsmiləşdirib. Turin klubu heyətinə yeni qapıçı cəlb edib. “Ağ-qaralar” “Cenoa”nın qolkiperi Mattia Perinlə 4 illik müqavilə imzalayıb. 25 yaşlı qapıçının keçid qiyməti 12 milyon avrodu. “Yuventus” bunu 3 il ərzində hissə-hissə ödəyəcək. Lakin Mattia yeni klubunda uğurla çıxış etsə, bu məbləğ 15 milyona qədər arta da bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB