Emre Can "Liverpul"dan getdi

"Liverpul" futbolçusu Emre Canla yolları ayırıb. Klubun saytında yer alan xəbərə görə, 24 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb. Onun "Yuventus"a keçəcəyi gözlənilir. Qeyd edək ki, E.Can 2014-cü ildən İngiltərə klubunda oynayırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə