Argentina millisi üçün Moskvaya 3 ton ərzaq gətirilib

Argentina millisi üçün Moskvaya 3 ton ərzaq gətirilib

Argentina millisinin Moskva ətrafındakı bazasına 3 ton ərzaq gətirib. Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, millinin üzvləri qida rasionunun pozulmaması üçün bu addım atılıb. Onların ənənəvi qidalandığı mal əti, donuz əti, qatılaşdırılmış süd və s. məhsullar Rusiyaya gətirilib.

Məlumatı Argentinanın Rusiyadakı səfiri Rikardo Laqorio təsdiqləyib: "Təxminən 3 ton ərzaq gətirilib. Aşpazlar komanda üçün yemək hazırlayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə