Dünya Çempionatının rəsmi mahnısının videoklipi ictimaiyyətə təqdim olunub

Dünya Çempionatının rəsmi mahnısının videoklipi ictimaiyyətə təqdim olunub

Məşhur aktyor və “Qrammi” mükafatı laureatı amerikalı Uill Smit, onun həmyerlisi Niki Cem və alban müğənnisi Era İstrefi tərəfindən ifa olunan futbol üzrə 2018-ci il Dünya Çempionatının rəsmi mahnısının videoklipi ictimaiyyətə təqdim olunub. FIFA-nın rəsmi saytında yer alan xəbərə görə, videoklip Beynəlxalq Futbol Federasiyasının “Youtube” şəbəkəsindəki rəsmi kanalında yerləşdirilib.

“Live İt Up” adlanan mahnı “Diplo” kimi tanınan amerikalı dicey Tomas Vesley tərəfindən bəstələnib. Bu mahnı futbol üzrə XXI dünya çempionatının iyulun 15-də Moskvada “Lujniki” stadionunda keçiriləcək final oyunu öncəsi ifa olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə