Avstraliya mətbuatı: "Bakıdakı BMX stadionu beynəlxalq standartlara tam cavab verir"

Avstraliya mətbuatı: "Bakıdakı BMX stadionu beynəlxalq standartlara tam cavab verir"

Avstraliya mətbuatı Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatı barədə geniş məlumat yayıb. Avstraliya saytlarında bu ölkənin velosipedçilərinin Bakı mundialında iddiaçılar sırasında olduğu qeyd olunur. SİA-nın xəbərinə görə, bildirilir ki, bir əsrdən artıq yaşı olan milli velosiped yığmasının heyətində "Rio-2016" Yay Olimpiya Oyunlarının iştirakçısı Antoni Din və Lauren Reynolds, həmçinin Avstraliyanın ən yüksək səviyyəli idmançılarından olan Kai və Saya Sakakibara medallara iddiaçıdırlar.

Həmçinin Cek Devisin Bakı çempionatında yaşıdları arasında ən yaxşı velosipedçi olduğu və Azərbaycana dünyanın ən güclü idmançılarının topaşdığı qeyd olunur.

Avstraliya mətbuatında Bakıdakı BMX stadionunun beynəlxalq standartlara tam cavab verdiyi, yarışın yüksək səviyyədə təşkil edildiyi, həmçinin gələn qonaqlar üçün əyləncə zonasının olduğu xüsusi vurğulanır.

Qeyd edək ki, BMX üzrə dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə