“Tottenhem” aparıcı üzvü Harri Keynlə müqaviləni yeniləyib. Klubun Tvitter səhifəsində yer alan xəbərə görə, 24 yaşlı hücumçunun yeni müqavilə müddəti 2024-cü ilin iyun ayına qədərdir. Britaniya mətbuatı Keynin ilinə 15 milyon funt-sterlinq qazanacağını yazıb.
Qeyd edək ki, İngiltərə millisinin üzvü 2011-ci ildən London klubunda çıxış edir. O, geridə qalan mövsümdə Premyer Liqada 30 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB