“İnter” müdafiəçisi Milan Şkrinyarla yeni müqavilə barəsində razılığa gəlib. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, sloveniyalı futbolçu Milan təmsilçisi ilə olan sözləşməsinin müddətini 2023-cü ilə qədər uzadacaq. 23 yaşlı oyunçu bundan sonra İtaliya klubunda illik 2,2 milyon avro qazanacaq. Qeyd edək ki, Şkrinyar “Real”, “Barselona” və “Mançester Siti” kimi klubların maraq dairəsində idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB