Gökhan Gönül “Fulhem”ə keçir?

Gökhan Gönül “Fulhem”ə keçir?

“Beşiktaş”ın müdafiəçisi Gökhan Gönül karyerasını İngiltərədə davam etdirə bilər. Türkiyə mətbuatının yazdığına görə. 33 yaşlı futbolçunun xidmətində “Fulhem” maraqlıdır. İngiltərə klubunun Gökhan üçün İstanbul təmsilçisinə 4,5 milyon avro ödəməyə hazır olduğu bildirilir. Qeyd edək ki, Türkiyə millisinin üzvü son mövsümdə 34 oyuna 4 məhsuldar ötürmə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə