Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.
Güləşçilərimizdən ikisi - Əfqan Xaşalov (57 kq) və Ənvərbəy Dalqatov (65 kq) yarımfinala yüksəlib. Yarımfinalda hər iki güləşçimizin rəqibi Almaniya idmançısı olacaq.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
57 kq
1/2 final - Əfqan Xaşalov - Viktor Lizen (GER)
1/4 final - Taras Markoviç (UKR) - Əfqan Xaşalov 3:4
65 kq
1/2 final - Ənvərbəy Dalqatov - Nikitas Dorn (GER)
1/4 final - Ənvərbəy Dalqatov - Andrii Svirid (UKR) 10:0
1/8 final - Dimitar İvanov (BUL) - Ənvərbəy Dalqatov 4:14
70 kq
1/4 final - Oleksii Boruta (UKR) - Pənah İlyaslı 6:5
1/8 final - Mihail Georgiev (BUL) - Pənah İlyaslı 3:3*
79 kq
1/4 final - Jhonny Just Bur (FRA) - Murad Süleymanov 4:2
1/8 final - Alans Amirovs (LAT) - Murad Süleymanov 0:10
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB