Bakıda DÇ-də artıq 28 ölkənin velosipedçiləri mükafatçılar sırasında yer alıblar

Bakıda DÇ-də artıq 28 ölkənin velosipedçiləri mükafatçılar sırasında yer alıblar

Bakıda BMX üzrə dünya çempionatında ilk üç günün nəticələrinə əsasən artıq 28 ölkənin velosipedçiləri mükafatçılar sırasında yer alıblar. SİA-nın məlumatına görə, medal sayına görə birinci yerdə Niderland idmançıları qərarlaşıblar. Onlar 19 dəfə podiuma qalxıblar.

Qırx üç ölkədən 1500-dək idmançının qatıldığı mundialda 15 fransalı, 13 avstraliyalı, 9 braziliyalı və britaniyalı, 7 ABŞ, eyni sayda Latviya və Yeni Zelandiya velosipedçisi fərqlənməyi bacarıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda Estoniya, Venesuela, Danimarka, Çexiya, İtaliya və Almaniya velosipedçiləri ilk podium sevinci yaşayıblar.

Dünya çempionatına iyunun 9-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə