Bakıda DÇ-nin 4-cü günündə elit kateqoriyasının yarışları başlayacaq

Bakıda DÇ-nin 4-cü günündə elit kateqoriyasının yarışları başlayacaq

Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının 4-cü günündə - iyunun 8-də yeniyetmələr və elit kateqoriyasında təsnifat yarışları keçiriləcək. SİA-nın məlumatına görə, elit kateqoriyasında təsnifat yarışlarında ölkəmizi Aqşin İsmayılov təmsil edəcək.

İyunun 9-da yekunlaşacaq çempionatda 1500-dək idmançı birincilik uğrunda mübarizə aparır.

Xatırladaq ki, dünya çempionatının keçirildiyi BMX stadionu 2014-cü ildə inşa edilib və burada ilk Avropa Oyunlarının BMX üzrə velosiped yarışları təşkil olunub. Lakin 2016-cı ildə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) BMX stadionlarının standartlarını dəyişib. Bununla bağlı trekin uzunluğu, eni, döngələrin hündürlüyü artırılıb, maneələrin konfiqurasiyası dəyişdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə