Rusiyalı velosipedçi: “DÇ-də elit kateqoriyasının yarışları zamanı güclü külək olmayacaq” - AÇIQLAMA

Rusiyalı velosipedçi: “DÇ-də elit kateqoriyasının yarışları zamanı güclü külək olmayacaq” - AÇIQLAMA

Velosiped idmanının BMX növü üzrə dünya kuboku mərhələsinin mükafatçısı, Rusiya milli komandasının üzvü Nataliya Afremova Bakıda keçirilən BMX üzrə dünya çempionatı haqqında fikirlərini bildirib. SİA-nın məlumatına əsasən, elit kateqoriyasında mübarizə aparacaq idmançı bu kateqoriyanın yarışlarının axşam saatlarında keçiriləcəyinə görə güclü külək olmayacağını bildirib. O deyib: “Mən Bakıda dünya çempionatı öncəsi test xarakterli beynəlxalq turnirdə də iştirak etmişəm. Həmin vaxt fəxri kürsüdə yer ala bildim. Bakıda həmişə külək olur. Azərbaycana təlim-məşq toplanışına gedəndə də axşam saatlarında məşq edirdim. Çünkü həmin vaxt güclü külək olmur. İndi dünya çempionatında da elit kateqoriyasının yarışları axşam saatlarında keçiriləcək və güclü külək olmayacaq”.

O, elit kateqoriyasında bu ildən yarışmağa başladığını qeyd edib: “Mən bu kateqoriyada çıxış etmək üçün lazımi səviyyəyə çatmışam. Elit kateqoriyasında ilk dəfə Fransada dünya kubokuna qatıldım və gözləmədiyim halda mükafatçılar sırasına düşdüm. Bakıdakı dünya çempionatında da qalib olmağa çalışacağam”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə