Denis Kristi: "Bakıdan xoş təəssüratlarla ayrılacağam” - AÇIQLAMA

Denis Kristi: "Bakıdan xoş təəssüratlarla ayrılacağam” - AÇIQLAMA

"Mən Kanadadan gəlmişəm. Oğlum Bakıda BMX üzrə dünya çempionatında iştirak edir. Bu, onun iştirak etdiyi ikinci yarışdır. BMX üzrə dünya çempionatı Azərbaycanda çox yüksək səviyyədə təşkil olunub. Oğlum Bakı Velotrekini çox bəyənib və bu barədə böyük həvəslə danışır". Bunu SİA-ya açıqlamasında BMX üzrə dünya çempionatı ilə əlaqədar ölkəmizə gələn kanadalı azarkeş Denis Kristi deyib.

İndiyədək bir çox ölkələrə səyahət etdiyini vurğulayan Denis Kristi bildirib: “Bakının özünəməxsus memarlıq üslubu və gözəlliyi məni heyran etdi. Şəhərin mərkəzində İçərişəhərlə tanışlıq zamanı sanki bir neçə əsr əvvələ səyahət etmiş olduq. Bakıda tarixi binalarla yanaşı, müasir memarlıq nümunələri olan möhtəşəm binalar da var. Belə binalardan xüsusən Heydər Əliyev Mərkəzinin gözəlliyi və möhtəşəmliyi məni valeh etdi. İnsanlar bizə hər yerdə mehribanlıq göstərirlər. Bakıdan xoş təəssüratlarla ayrılacağam”.

Bütün xəbərlər Facebook səhifəmizdə