“Milan” ingilis klubundan futbolçu transfer edib

“Milan” ingilis klubundan futbolçu transfer edib

“Milan” “Sanderlend”in futbolçusu Fabio Borinini heyətinə cəlb edib. Milan klubunun rəsmi saytında yer alan xəbərə görə, ötən mövsümü “rassonyerlər”də icarədə çıxış edən italiyalı hücumçu ilə müqavilə imzalanıb. Müqavilə müddəti və şərtləri haqda məlumat verilməyib. Qeyd edək ki, 27 yaşlı futbolçu “Milan”ın heyətində 28 oyuna 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə