Ağır Atletika üzrə Bakı şəhər X açıq birinciliyi keçirilib

Ağır Atletika üzrə Bakı şəhər X açıq birinciliyi keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Masazır qəsəbəsində yerləşən Azərbaycan Ağır Atletika Federasiyasının salonunda Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş Bakı şəhər X açıq birinciliyi keçirilib. SİA-nın məlumatına görə, tədbirin açılış mərasimində Baş İdarənin rəisi Raqif Abbasov, Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Tofiq Heydərov, Azərbaycan Televiziyası və Radio Verilişləri Həmkarlar İttifaqının sədr müavini Mübariz Süleymanlı, Baş İdarənin rəis müavini Rəşad Əliyev, Gənclər və İdman Nazirliyinin əməkdaşı Cəbrayıl Hüseynov, yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Namiq Cəfərov iştirak edib.
Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş Bakı şəhər X açıq birinciliyində "8 saylı UGİM", "Təhsil RİM", "Gənclik İK", "Zirvə İK", "AzDBTİA", Cəlilabad rayon komandası, Sumqayıt rayon komandası, Lənkəran rayon komandası, MOİK mübarizə aparıb. Yarışa 8 çəki dərəcəsində 60 idmançı qatılıb.
Turnirdə 56 kq çəki dərəcəsində Elmar Alıyev (MOİK), 62 kq çəki dərəcəsində Rauf Nəbiyev (Gənclik İK), 69 kq çəki dərəcəsində Fəqan Hüseynov (Gənclik İK), 77 kq çəki dərəcəsində Cəlil Abdullayev (8 saylı UGİM), 85 kq çəki dərəcəsində Nailxan Nəbiyev (Gənclik İK), 94 kq çəki dərəcəsində Əhməd Şahbazov (Zirvə İK), 105 kq çəki dərəcəsində Xosrov Əhmədov (Neftçi İSM), +105 kq çəki dərəcəsində Ağakərim Kərimov (Zirvə İK) I yerə layiq görülüb.
Yarışda I,II,III yerlərə çıxmış komandalar Baş İdarə tərəfindən diplom və medallarla, Azərbaycan Televiziyası və Radio Verilişləri Həmkarlar İttifaqı tərəfindən 69 kq çəki dərəcəsində I, II, III yerlərə layiq görülmüş idmançılar kubok, xatirə hədiyyələri ilə təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə