Messi: "Rəqiblərimiz bizdən üstün deyil"

Messi: "Rəqiblərimiz bizdən üstün deyil"

"Barselona"nın hücumçusu Lionel Messi komandasının Çempionlar Liqasında çıxışı barədə danışıb. SİA-nın məlumatına görə, futbolçu belə deyib: "Biz ardıcıl 3 dəfə Çempionlar Liqasında mübarizəni 1/4 finalda başa vurmuşuq. Bunun növbəti dəfə yaşanmasına imkan verə bilmərik. Rəqiblərimiz bizdən üstün deyil, amma hər şeyi detallar həll edir. Bu, hər dəfə baş verir. Belə şeylərə böyük önəm verməməyə çalışırıq. 1/4 final mərhələsini keçmək istəyirik. "Barselona" imkan verə bilməz ki, daha bir mövsüm Çempionlar Liqası kubokunu qazanmasın".

Bütün xəbərlər Facebook səhifəmizdə