"Real"ın futbolçusu Kriştiano Ronaldo Madrid klubundan ayrılmağa qərar verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onun qərarının qəti olduğu idda olunur. Bildirilir ki, klub prezidenti Florentino Peres portuqaliyalı hücumçunun meneceri Jorje Mendeşə onun maaşla bağlı tələbini yerinə yetirə bilməyəcəyini çatdırıb. Peresin onu aldatdığını hesab edən Ronaldo klubdan ayrılmaq qərarına gəlib. Çünki bundan əvvəl "Real" 33 yaşlı oyunçu ilə müqavilənin yaxşılaşdırılması ilə bağlı razılığa gəlmişdi.
Qeyd edək ki, Ronaldonun ilinə 80 milyon avro olmaqla 3 illik yeni müqavilənin bağlanmasını istədiyi iddia olunur. O, hazırda Madrid klubunda ilinə 21 milyon avro qazanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB