Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmatın blits növü üzrə turnir keçirilib. SİA-nın məlumatına görə, turnirdən öncə iştirakçılar, eləcə də onunla uzun müddət bir yerdə çalışmış dostları və tələbələri 1986-cı ildən 2004-cü ilədək Respublika Şahmat Mərkəzinin rəhbəri olmuş Fuad Cəfərovla bağlı xatirələrini bölüşüb, gənc və istedadlı şahmatçıların yetişdirilməsi sahəsindəki xidmətlərindən söz açıblar.
Ölkəmizin qadınlardan ibarət şahmat yığma komandasının baş məşqçisi, beynəlxalq dərəcəli usta Fikrət Sideifzadə Fuad Cəfərovu təcrübəli məşqçi olmaqla yanaşı, həm də şahmat turnirlərinin gözəl təşkilatçısı kimi xarakterizə edib.
Fuad Cəfərovun istedadlı tələbələrindən sayılan beynəlxalq usta İlqar Bacarani də öz ustadı barədə danışaraq bildirib ki, 1978-ci ildə Bakı Pionerlər Sarayına gəlib və burada şahmatın sirlərini ilk müəllimi Fuad Cəfərovdan öyrənib. "O, həm də əsil vətənpərvər idi. Fuad Cəfərovun təşəbbüsü və təşkilatçılığı ilə respublikada uşaq şahmatına marağın artırılması istiqamətində xeyli işlər görülüb", - deyə o əlavə edib.
İsveçrə sistemi üzrə keçirilən turnirdə beynəlxalq qrossmeyster və beynəlxalq ustalar da daxil olmaqla 32 şahmatçı mübarizə aparıb. Yarışda Eltac Səfərli 1-ci, Nicat Abbasov 2-ci, Ayaz Məmmədov isə 3-cü olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB