"Şerif"də yeni baş məşqçi

Moldovanın "Şerif" klubunun yeni baş məşqçisi bəlli olub. SİA-nın məlumatına görə, Tiraspol təmsilçisinin yeni çalışdırıcısı xorvatiyalı Qoran Sabliç olacaq. 38 yaşlı mütəxəssis öz köməkçiləri - Mirko Hrqoviç və Boris Peyreklə birgə komandaya gəlib. Sabliç aprel ayında istefa verən italiyalı Roberto Bordini əvəzləyib.

Xorvatiya millisinin üzvü olmuş Sabliç son olaraq "Şrioki Briyeq"i çalışdırıb.

Qeyd edək ki, Roberto Bordin "Nefçi" ilə anlaşıb. Sabah 53 yaşlı mütəxəssisin təqdimedtmə mərasimi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə