Bakıda DÇ-nin ilk 2 günü 22 ölkənin velosipedçiləri medal qazanıblar

Bakıda DÇ-nin ilk 2 günü 22 ölkənin velosipedçiləri medal qazanıblar

Bakıda BMX üzrə dünya çempionatında ilk 2 günün nəticələrinə əsasən artıq 22 ölkənin velosipedçiləri mükafatçılar sırasında yer alıblar. SİA-nın məlumatına əsasən, medal sayına görə birinci yerdə Niderland idmançıları qərarlaşıblar. Onlar 12 dəfə podiuma qalxıblar. Qırx üç ölkədən 1500-dək idmançının qatıldığı mundialda 11 avstraliyalı, 10 fransalı, 7 braziliyalı, 6 ABŞ velosipedçisi və 5 kolumbiyalı fərqlənməyi bacarıb. Latviya və Yeni Zelandiya milli komandalarının hər birinin 4 üzvü medalçılar sırasına düşə bilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda britaniyalı velosipedçilər 3, yaponiyalı, boliviyalı və çilili idmançılar 2 medal qazanıblar.

Macarıstan, Rusiya, Belçika, Argentina, Ekvador, Kanada, Meksika, İsveçrə, Cənubi Afrika Respublikası və Portuqaliya komandalarının bir üzvü fərqlənməyi bacarıb.

Dünya çempionatına iyunun 9-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə